RUSİYA

Ukrayna etibarsız tranzit ölkə olaraq qalır - Novak

Rusiya baş nazirinin müavini deyib ki, bu dəhlizlə qaz alan Avropa ölkələri əməkdaşlığın davam etməsində maraqlıdırlar.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Avropa ölkələri Rusiya qazının Ukrayna ərazisindən tranzitini davam etdirməkdə maraqlıdır, lakin Ukrayna etibarsız tranzit ölkə olaraq qalır. Rusiya baş nazirinin müavini Aleksandr Novak "Valday" beynəlxalq müzakirə klubunun iclası çərçivəsində jurnalistlərə bildirib.

"Bu ilin dekabrında müqavilənin müddəti başa çatır. Məncə, bu dəhlizlə qaz alan Avropa ölkələri əməkdaşlığın davam etməsində maraqlıdırlar, onun davam etdirilməsi Avropa ölkələri ilə Ukrayna arasında əldə edilə biləcək razılaşmalardan asılıdır. Amma gördüyümüz odur ki, Ukrayna etibarsız tranzit ölkə olaraq qalır və bununla da ucuz ekoloji resursa, enerjiyə ehtiyacı olan ölkələri çətin vəziyyətə salır. Yəqin ki, bu, birbaşa istehlakçılar və tranzitin həyata keçirildiyi ölkə tərəfindən razılaşdırılmalıdır", - Novak bildirib.

Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti ilə bağlı 2019-cu ildə bağlanmış 5 illik müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır. Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, onun müddətini uzatmağı planlaşdırmırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.