BAKI, 6 noyabr — Sputnik. ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Seçicilər Kollegiyasının 277 səsini qazanaraq ABŞ prezident seçkilərində qələbə qazanıb, Bu barədə Fox News məlumat yayıb.
Telekanalın dərc etdiyi məlumatlara görə, onun Demokratlar partiyasından rəqibi Kamala Harris Seçicilər Kollegiyasının cəmi 226 səsini qazanıb.
Qələbə qazanmaq üçün namizədlərdən biri 538 səsdən ən azı 270-nin dəstəyini qazanmalı idi.
ABŞ-da prezident seçkiləri keçirilir. Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.