"Bu məsələdə yekun qərarın necə olacağı ilə bağlı hələ də fikir ayrılıqları mövcuddur. Rusiyanın mövqeyi ondan ibarətdir ki, Paris razılaşmasına uyğun olaraq, maliyyələşdirməni ənənəvi donorlar, inkişaf etmiş ölkələr həyata keçirməlidir. Paris razılaşmasının tərəfləri olan başqa heç bir dövlət bu məsələ ilə bağlı maliyyə öhdəliyi daşımır. Qərb ölkələri, təbii ki, iqlim maliyyələşdirilməsi öhdəliyi daşıyan dövlətlərin dairəsini genişləndirməyə səy göstərirlər. Onlar bu məqsədlə "istixana qazları buraxan nəhənglər" və "iqtisadiyyatı dinamik inkişaf edən ölkələr" terminlərini ortaya atıblar. Əlbəttə ki, Azərbaycan da iqtisadiyyatı dinamik inkişaf edən ölkələrə aiddir. Rusiya Azərbaycanla bu məsələdə həmfikirdir", - deyə o, vurğulayıb.
"MDBMİ-nun bu cür tədbirlərin keçirilməsi ilə bağlı böyük təcrübəsi var. Universitetdə indiyədək BMT, OPEC və digər beynəlxalq təşkilatların konfranslarının modelləşdirilməsi ilə bağlı tədbirlər keçirilib. Qeyd edim ki, forumun yekunları ilə bağlı tövsiyələr hazırlanacaq və Azərbaycanda keçiriləcək COP29-un katibliyinə təqdim ediləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.