BAKI, 6 noyabr — Sputnik. MDB ölkələrinin dəmir yolları sərnişindaşıma üçün vahid informasiya məkanının hazırlanması ilə bağlı razılığa gəlib. Bunu Rusiya Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb.
Bu gün Daşkənddə Birliyə üzv sövlətlərin Dəmir Yolu Nəqliyyatı üzrə Şurasının 81-ci iclası keçirilib.
Bildirilir ki, Rusiya tərəfdən sənədi Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov imzalayıb və o, sərnişin daşımalarında vahid informasiya məkanının inkişafının Birlik ölkələrinin nəqliyyat əlaqələrinə, iqtisadi artım və turist cəlbediciliyinə müsbət təsir göstərəcəyini vurğulayıb.
Bundan əlavə, praktiki baxımdan, bu, hər bir dəmir yolu idarəetməsi üçün sərnişin seqmentində texnoloji proseslərin inkişaf vektorunu təyin edəcək.
Ölkələr arasında sərnişin daşınması üçün avtomatlaşdırılmış idarəetmə sistemlərinin inteqrasiyaedici əlaqəsi Express İnternational olacaq. Bu, stansiyalar və beynəlxalq qatar cədvəlləri haqqında məlumatları sinxronlaşdırmağa imkan verən köməkçi sistemdir.
Express İnternational-a qoşulmaqla, bütün rezervasiya sistemləri konkret qatar haqqında məlumat üçün hansı dəmir yolu ilə əlaqə saxlamalı, eləcə də hansı səyahət variantlarının mövcud olduğunu öyrənmək mümkün olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.