BAKI, 6 noyabr — Sputnik. Qərbin Rusiya və digər ölkələrin müstəqil siyasətinə aqressiv reaksiyası nəticəsində baş verən dünya proseslərinin regionlaşması müsbət nəticə verəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Valday" Beynəlxalq Diskussiya Klubunun 21-ci illik toplantısı çərçivəsində keçirilən sessiyanın yekunları üzrə jurnalistlərə bildirib.
"Məhz Qərb Rusiyanın və digər dövlətlərin müstəqil siyasətinə reaksiyası, tamamilə qeyri-qanuni aqressiv iqtisadi sanksiyalarla nəticələnən reaksiyası ilə yaradılmış qloballaşma sistemini öz qanunauyğunluqlarına uyğun olaraq parçaladı və dünya proseslərinin regionallaşdırılması proseslərini stimullaşdırdı", - Lavrov deyib.
"Bu, sağalma prosesidir, müsbət təsir göstərəcək, çünki o, indi getdikcə daha çox danışılan və Rusiya, Çin, BRİKS üzvləri və bizim iştirakımızla digər birliklərin fəal şəkildə təşviq etdiyi çoxqütblülüyü təmin edəcək. Beynəlxalq arenada hegemon olmayanda, bir neçə dünya inkişaf mərkəzinin olacağı və onların bir-biri ilə təmaslar vasitəsilə hərəkətləri təbii şəkildə uzlaşdırılacaq", - nazir vurğulayıb.
Eyni zamanda, Lavrov qeyd edib ki, heç kim BVF, Dünya Bankı və ÜTT kimi mövcud qurumları məhv etmək fikrində deyil.
"Orada çoxlu ədalətsizlik toplanıb, ona görə də dünyanın əksəriyyəti bərabər hüquqlar əldə edilməsinə tərəfdardır, Qərb buna qarşıdır", - Rusiyalı nazir qeyd edib.
Nazir əlavə edib ki, Qlobal Cənub və Şərqdə daha çox regional təşkilalat kənar müdaxilələrdən qorunacaq alternativlərə sahib olmağı düşünür ki, bu, ödəniş platformalarına, logistik marşrutlara və nəqliyyat vasitələrinə aiddir.
Soçidə Valday Beynəlxalq Diskussiya Klubunun iyirmi birinci illik toplantısı başlayıb. Noyabrın 4-dən 7-dək baş tutan iclasın mövzusu:
"Davamlı sülh – 21-ci əsrdə ümumi təhlükəsizlik və bərabər inkişaf imkanları nəyə əsaslanır".
Valday Beynəlxalq Diskussiya Klubu siyasət elmləri, iqtisadiyyat, tarix və beynəlxalq münasibətlər sahəsində aparıcı xarici və rusiyalı ekspertlərin birliyidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.