COP29

Edelgeriyev Trampı Bakıda keçiriləcək iqlim konfransına dəvət etməyi məsləhət görüb

Diplomat qeyd edib ki, bizim iqlim və ekoloji layihə ilə bağlı Trampa çoxlu suallarımız var.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Rusiya Federasiyası Prezidentinin köməkçisi və iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev Donald Trampı Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) 29-cu İqlim Sammitinə (COP-29) dəvət etməyi və burada onunla iqlim gündəmini və təbiətin mühafizəsi məsələlərini müzakirə etməyi məsləhət görüb.

"Bizim ilk beynəlxalq tədbirimiz tezliklə Bakıda olacaq. Hər kəs ora gələ bilər, istər prezident, istərsə də adi vətəndaş olsun. Məsləhət gördük ki, COP29-la bağlı Azərbaycan dəvət göndərsin. Cənab Tramp inauqurasiyaya kimi Bakıya gəlsin və onunla danışaq. İqlim, ekoloji layihə ilə bağlı çoxlu suallar var", - Edelgeriyev "Valday" beynəlxalq diskussiya klubunun çərçivəsində jurnalistlərə bildirib.

COP29, Bakı
Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, Trampa ABŞ-ı yenidən Paris sazişindən çıxarıb-çıxarmayacağı sualı veriləcək.
ABŞ Prezidenti Co Bayden 2021-ci ildə Trampın dövründə (2020-ci ildə) ölkənin çıxdığı Paris iqlim sazişinə geri qaytarıb.
Paris İqlim Sazişi 2015-ci il dekabrın 12-də Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 21-ci Konfransının nəticələrinə əsasən qəbul edilib. Sənədi 175 ölkə, o cümlədən ABŞ, Çin və Rusiya imzalayıb.
Parisdə hazırlanan iqlim sazişi tarixdə ilk dəfə olaraq bütün dünya güclərinin iqlim dəyişikliyinin qarşısını almaq üçün səylərini birləşdirib. Onun məqsədi qlobal istiləşməni sənayedən əvvəlki səviyyədə nisbətən 1,5 dərəcə Selsi daxilində saxlamaq və 2100-cü ilə qədər qlobal orta illik temperaturun iki dərəcədən çox artmasının qarşısını almaqdır.
Xatırladaq ki, noyabrın 11-dən 22-dək Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.