"Əsas məqsəd ehtiyac yaranacağı təqdirdə, sərnişin axını istiqamətlərini tənzimləmək, mühəndis-texniki qurğuların fəaliyyəti ilə bağlı operativ qərarların qəbulunu daha da sürətləndirmək və digər zəruri tədbirləri görməkdir. Sərnişinlərin COP29 məkanlarına, eləcə də stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və s. istiqamətlər üzrə hərəkətini daha rahat təşkil etmək, Bakı metropolitenindən istifadə, gediş haqqının ödənilməsi və digər qaydalar barədə maarifləndirmə işini qurmaq məqsədilə 10 metropoliten stansiyasında COP29 Əməliyyat Şirkətinin təşkil etdiyi könüllülər hərəkatının üzvləri növbəli rejimdə fəaliyyət göstərəcəklər".
"İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək: saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək. Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar "Avtovağzal-8 Noyabr" sahəsində 8 dəqiqə, "Xocəsən-Avtovağzal" yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib. "Bakmil" stansiyasına və əksinə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək. COP29-un keçiriləcəyi digər günlər ərzində Bakı metropolitenində qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək", - metropoliten rəsmisi bildirib.