BAKI, 6 noyabr — Sputnik. ABŞ öz problemlərini özü həll etməlidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib.
"Bütün bunlardan sonra Birləşmiş Ştatlar – təkcə rəsmi Vaşinqton deyil, bütün politoloqları, vətəndaş fəalları və demokratiya mütəxəssisləri ilə birlikdə demokratiyaların keyfiyyətinin qiymətləndirilməsi və insan haqları məsələləri ilə bağlı öz problemlərini həll edənə qədər susmalıdırlar", - o bildirib.
Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edir.
Həlledici səsvermə heç bir tərəfin açıq üstünlüyə malik olmadığı ştatlarda keçiriləcək. Bu il onlara Arizona, Viskonsin, Corciya, Miçiqan, Nevada, Pensilvaniya və Şimali Karolina daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.