SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bələdiyyə seçkilərini yanvarın sonunda keçirmək daha məqsəduyğundur - Məzahir Pənahov

MSK sədri bildirib ki, artıq bununla bağlı MSK üzvlərinə artıq təlimatlar verilib.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Qarşıda duran əsas məsələlərdən biri bələdiyyə seçkiləridir. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri qeyd edib ki, bələdiyyə seçkilərinin vaxtını ən optimal tarixə salmağı düşünürlər:

"Bələdiyyə seçkilərini yanvar ayının sonunda keçirmək daha məqsəduyğundur. Belə qərara gəldik. Noyabrın axırında biz artıq bələdiyyə seçkilərini elan etməliyik".

MSK sədri bildirib ki, artıq bununla bağlı MSK üzvlərinə artıq təlimatlar verilib:
"Bələdiyyələr birləşir. 685 bələdiyyə olacaq. Hesab edirəm ki, biz bələdiyyələr üzrə neçə bələdiyyə üzvü seçilməsi məsələsini qaydaya salmalıyıq".
Qeyd edək ki, digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçkilər hər 5 ildən bir dekabrın 23-də keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.