SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistanın razılığa yaxınlaşdığını görməkdən məmnunuq - Fidan

Türkiyə xarici işlər naziri bildirib ki, Azərbaycanla Ermənistan arasında razılaşma imzalanandan sonra Türkiyə-Ermənistan münasibətləri də normallaşacaq.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Biz Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılıqları regionda sabitlik və sülh üçün çox vacib hesab edirik. Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə mətbuatına müsahibəsində deyib.

"Tərəflərin razılığa yaxınlaşdığını görməkdən məmnunuq. Sərhədlə bağlı son saziş bu irəliləyişin nümunəsidir. Azərbaycanla Ermənistan arasında razılaşma imzalanandan sonra Türkiyə-Ermənistan münasibətləri də normallaşacaq", - Fidan bildirib.

Xatırladaq ki, noyabrın 5-də Azərbaycan və Ermənistan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini mübadilə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.