PAYTAXT XƏBƏRLƏRİ

Ağ Şəhər Bulvarına gedən yollarda hərəkət məhdudlaşdırılacaq

Qeyd edilib ki, hərəkətin məhdudlaşdırılması "Zəfər" abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Qeyd edilib ki, hərəkətin məhdudlaşdırılması "Zəfər" abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

"Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" imzaladığı Sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.