RUSİYA

ABŞ Ukrayna ətrafında münaqişəni çox tez bitirə bilər - Peskov

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, ABŞ həm birbaşa, həm də dolayısı ilə Ukrayna münaqişəsində iştirak edir.
Sputnik
BAKI, 6 noyabr - Sputnik. Amerika Birləşmiş Ştatları Ukrayna ətrafında münaqişəni çox tez dayandıra bilər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Bilik. Birincilər" federal təhsil marafonu çərçivəsində bildirib.

“Amerika (ABŞ-red.) Ukrayna ətrafında münaqişəni çox tez bitirə bilən ölkədir. Çünki bu, həm birbaşa, həm də dolayısı ilə bu münaqişədə iştirak edən ölkədir”, - Peskov bildirib.

RF prezidentinin mətbuat katibi ABŞ-da keçirilən prezident seçkilərinə toxunaraq deyib ki, Rusiyanın öz gündəliyi var, bu, daha vacibdir, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi isə amerikalılara aid məsələdir.
Ukratnadakı xüsusi hərbi əməliyyat barədə danışan Kreml rəsmisi bildirib ki, Rusiya bütün məqsədlərinə çatana qədər əməliyyat davam edəcək.

"Bütün məqsədlərimizə çatana qədər xüsusi hərbi əməliyyat keçirəcəyik", - Peskov bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.