BAKI, 5 noyabr — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp seçkilərdə məğlub ola biləcəyini etiraf edib. Lakin o, öz rəqibi vitse-prezident Kamala Harris üzərində əhəmiyyətli üstünlüyə malik olduğuna inanır.
Bu barədə Tramp "ABC" telekanalına verdiyi müsahibədə jurnalistin onun məğlubiyyətinin mümkün olduğuna inanıb-inanmaması ilə bağlı sualına cavab verib.
"Düşünürəm ki, bəli... Amma mənim kifayət qədər əhəmiyyətli üstünlüyüm var. Deyə bilərsiniz ki, bəli, uduzmaq olar... Heç də yaxşı olmaya nələrsə baş verə blər... amma maraqlı olacaq", - Tramp bildirib.
Bildirilib ki, Trampın fikrincə, qalib artıq seçki gecəsi məlum olacaq.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını Harris, Respublikaçılar Partiyasını isə Tramp təmsil edəcək. Bir çox ştatlarda erkən səsvermə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.