BAKI, 5 noyabr — Sputnik. ABŞ Brüsseli Aİ ölkələrinin Rusiya ilə birbaşa hərbi münaqişəyə girməsinə hazırlayır ki, bu da Avropa üçün intihara bərabərdir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Gələcəyin yaradılması" beynəlxalq simpoziumunda deyib.
O, dəqiqləşdirib ki, Zelenski rejimi uğursuz olarsa, hadisələrin belə inkişafı Vaşinqton tərəfindən nəzərdən keçirilir.
"Birləşmiş Ştatlar kontinental Avropanı intihara tələsməyə və Rusiya ilə birbaşa silahlı münaqişəyə girməyə hazırlayır", - Rusiya XİN rəhbəri bildirib.
Lavrov daha əvvəl vurğulamışdı ki, Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq planları iflasa məhkumdur.