BAKI, 5 noyabr — Sputnik. Küləkli hava şəraiti 6 noyabr səhər saatlarınadək davam edəcək. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, Şamaxı və Lerikdə 15 m/s təşkil edir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən narıncı xəbərdarlığa uyğun olaraq küləyin güclənəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.
Xidmət rəsmisi qeyd edib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proznozlarını diqqətlə izləməli, müvafiq təhlükəsizlik qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.
"Küləkli hava şəraiti 6 noyabr səhər saatlarınadək davam edəcək", - xidmət nümayəndəsi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.