BAKI, 5 noyabr — Sputnik. Moldovada keçirilən prezident seçkilərini təmiz, ədalətli və demokratik hesab etmək olmaz. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Rusiya Federasiyasında yaşayan yüz minlərlə Moldova vətəndaşı haqqında danışaraq, bu seçkilərə obyektiv qiymət verə bilərik. Təbii ki, bu, seçkilərin nəticələrinə təsir göstərməyə bilməzdi. Bu seçkilər nə demokratik, nə də ədalətli keçdi və seçki manipulyasiyaları ilə dolu idi", - Peskov bildirib.
O qeyd edib ki, əslində Moldovada seçicilərin çox böyük bir hissəsi Avropa ölkələrində işləyən vətəndaşlardan fərqli olaraq səs vermək imkanına malik deyildi.
Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-də baş tutub. Qərbyönlü prezident Maya Sandu və keçmiş baş prokuror, müxalif Sosialist Partiyasından namizəd, Qaqauziya əsilli Aleksandr Stoyanoğlu qələbə uğrunda mübarizə aparıblar.
Protokolların 100%-ni işlədikdən sonra hakim Fəaliyyət və Həmrəylik partiyasının dəstəklədiyi Sandu 55,33%, Stoyanoğlu 44,67% səs toplayıb.
Eyni zamanda, Moldova prezidenti seçkilərinin ikinci turunda ölkə daxilindəki seçki məntəqələrindən gələn protokolların 100%-i işləndikdən sonra Stoyanoğlu 51,19%, Sandu 48,81% səslə liderdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.