BAKI, 5 noyabr — Sputnik. Noyabrın 5-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "Çingiz Aytmatov" ordeni təqdim edilib. Bu barədə Sputnik Azərbaycan Azərtac-a istinadən məlumat verir.
Tanınmış qırğız yazıçı Çingiz Aytmatovun oğlu, rəssam Eldar Aytmatov Azərbaycan Prezidenti İlham Əliyevə "Çingiz Aytmatov" ordenini təqdim etməyin onun üçün böyük şərəf olduğunu bildirib.
O, Azərbaycan mətbuatına müsahibəsində bildirib ki, Azərbaycan Prezidenti qırğız yazıçının irsinə böyük diqqət yetirir:
"İlham Əliyev təkcə Azərbaycan və türk mədəniyyətinin deyil, ümumilikdə dünya mədəniyyətinin inkişafı üçün səy göstərir".
Bişkekdə Prezident İlham Əliyevə "Çingiz Aytmatov" ordeni təqdim edilib
E.Aytmatov qeyd edib ki, İlham Əliyev "Çingiz Aytmatov" ordeninin ilk kavaleridir. Azərbaycan Prezidentinə ordeni təqdim etmək bizim üçün böyük şərəfdir.
Rəssam xatırladıb ki, Azərbaycan-Qırğızıstan dostluq ordeni təsis ediləndə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev onu Çingiz Aytmatova təqdim edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.