CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda konfrans: "İqlim dəyişikliyi fonunda Xəzər dənizini necə xilas etmək olar?"

Konfransda "Dəniz ekosisteminin yosunlardan istifadə ilə bərpası: regional davamlı inkişafa və qlobal iqlim problemlərinin həllinə töhfə" mövzusunda müzakirələr aparılıb.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Noyabrın 5-də Bakıda "Yaşıl dünya uğrunda həmrəylik ili" və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində "İqlim dəyişikliyi fonunda Xəzər dənizini necə xilas etmək olar?" mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir Gürcüstanın "KELP FARMS" təşkilatı və Azərbaycanın "Dayanıqlı İnkişaf" İctimai Birliyi tərəfindən təşkil olunub.
Bakıda “İqlim dəyişikliyi fonunda Xəzər dənizini necə xilas etmək olar?” mövzusunda mətbuat konfransı
Mətbuat konfransının moderatoru, BMT-nin Ekosistemin Bərpası Onilliyi (2021-2030) üzrə Rusiya Milli Komitəsinin üzvü Aleksey Knijnikov konfrans iştirakçılarını salamlayıb.
Tədbiri giriş sözü ilə açan "Davamlı İnkişaf" İctimai Birliyinin sədri Fikrət Cəfərov qeyd edib ki, mətbuat konfransının əsas məqsədi elmi ictimaiyyətə və digər maraqlı tərəflərə Xəzər dənizi ekosisteminə iqlim dəyişikliyi ilə vurulan zərərin minimuma endirilməsi imkanları barədə məlumat verməkdir. O qeyd edib ki, son on ildə Xəzər dənizinin səviyyəsi aşağı düşüb və bu tendensiya davam edəcək.
Daha sonra "Dəniz ekosisteminin yosunlardan istifadə ilə bərpası: regional davamlı inkişafa və qlobal iqlim problemlərinin həllinə töhfə" mövzusunda müzakirələr aparılıb.
Bakıda “İqlim dəyişikliyi fonunda Xəzər dənizini necə xilas etmək olar?” mövzusunda mətbuat konfransı
"KELP FARM"S təşkilatının baş elmi məsləhətçisi, biologiya elmləri namizədi Konstantin Zqurovski "Qlobal iqlim və regional problemlərin həlli, Xəzər dənizində biomüxtəlifliyin bərpası və davamlı iqtisadiyyatın inkişafı üçün makrofitik yosunların becərilməsi və bərpasına əsas yanaşmalar" mövzusunda təqdimatla çıxış edib".
Təşkilatın direktoru/həmtəsisçisi Olqa Lakustova "KELP FARMS"ın inkişaf strategiyası, dəniz yosunlarının becərilməsi sahəsində davamlı inkişaf mexanizmlərinin (SDSN) müasir istifadəsi, undaria yosunlarının (Undaria sp) Yapon dənizində və Sistosira yosunlarının pilot layihəsində (Cystoseira sp.) Qara dənizdə uğurlu becərmə təcrübəsi haqqında danışıb.
İqlim layihəsinin eksperti Anastasiya Mazneva videobağlantı vasitəsilə konfransa qatılıb və karbon qazının sekvestrasiyasında yosunların rolundan danışıb.
"Greenway Global (GwG) ESG" şirkətinin ESG rəhbəri, "KELP FARMS"ın həmtəsisçisi Andrey Şavnev qeyd etdi ki, şirkət yosunların becərilməsi layihələrində iştirakını aktual hesab edir və belə mürəkkəb elmi sistemlərin arxasında bütün planet üçün davamlı gələcək görür.
Sonra mövzu ətrafında müzakirələr aparılıb. Bildirilib ki, iqlim dəyişikliyi dəniz səviyyəsinin aşağı düşməsinin əsas səbəbi hesab olunur. Səviyyənin azalması bütün dəniz ekosisteminə, o cümlədən dənizin bioloji məhsuldarlığına mənfi təsir göstərir. Xəzər dənizində bioloji aktivlik əsasən 25 metr dərinlikdə müşahidə olunur, ən məhsuldar təbəqələr günəş işığının nüfuz etdiyi 5,0-10,0 m dərinlikdə olur. Qeyd olunub ki, suyun səviyyəsinin azalması səbəbindən bentik orqanizmlərin yeni yaşayış yerlərinə köç etməyə vaxtı yoxdur ki, bu da bütün ekosistemin biokütləsinin və nəticədə balıq ehtiyatlarının azalmasına gətirib çıxarır. Bundan əlavə Xəzərin ekosisteminə çirklənmə, brakonyerlik və həddindən artıq balıq ovu kimi ekoloji problemlər mənfi təsir göstərir.
Bakıda “İqlim dəyişikliyi fonunda Xəzər dənizini necə xilas etmək olar?” mövzusunda mətbuat konfransı
Xəzər dənizinin sahil zonalarında yosunların yetişdirilməsi və yosun fermalarının yerləşdirilməsi üçün xüsusi texnologiya suyun keyfiyyətini yaxşılaşdıra, biomüxtəlifliyin artırılmasına, karbon qazının konsentrasiyasının azaldılmasına və dəniz ekosisteminin davamlı inkişafını təmin etməyə kömək edə bilər.
Vurğulanıb ki, Gürcüstanın "KELP FARMS" şirkəti Yaponiya dənizi və Qara dəniz akvatoriyalarında analoji layihələrin həyata keçirilməsində təcrübəyə malikdir və COP29 iqlim konfransı ərəfəsində Xəzər dənizində dəniz yosunu fermalarının yerləşdirilməsi texnologiyasından istifadə etməklə pilot layihənin yaradılması təşəbbüsü ilə çıxış edir.
Əlavə edilib ki, Xəzər regionu dünyanın heç bir yerində olmadığı kimi iqlim dəyişikliyinin bütün nəticələrini yaşayır. Xəzər dənizində yosunlar yetişdirilə və onlardan təkcə karbon qazını udmaq üçün deyil, həm də çirklənmə ilə mübarizə üçün istifadə edilə bilər. Azərbaycan Dövlət Neft Şirkətinin iştirakı ilə 500 milyon dollar dəyərində Gələcək İqlim İnvestisiya Fondunun yaradılması elan edilib. Yeni Fondun bəyan edilmiş məqsədi "yaşıl" layihələri maliyyələşdirməkdir. "KELP FARMS" təşkilatı BMT-nin İqlim Dəyişikliyi Konvensiyasına Tərəflərin Konfransı ərəfəsində "yosun layihələri"nin prioritet layihələr sırasına daxil edilməsi təklifi ilə Müraciət hazırlayaraq bu fonda göndərib.
Bakıda “İqlim dəyişikliyi fonunda Xəzər dənizini necə xilas etmək olar?” mövzusunda mətbuat konfransı
Sonda suallar cavablandırılıb, sonra konfrans iştirakçıları çay süfrəsi arxasında müzakirələri davam etdiriblər.