BAKI, 5 noyabr — Sputnik. Minskdə oktyabrın 31-dən noyabrın 1-dək keçirilən Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransı bu yaxınlarda başa çatıb. Burada 30-a yaxın ölkədən siyasi, ekspert və analitik ictimaiyyətin nümayəndələri iştirak edib.
Mövcud dünya nizamının böhranı, əsas oyunçular arasında xroniki hərbi-siyasi ziddiyyətlər və onlar arasında kommunikasiyaların demək olar ki, tam olmaması kontekstində Avrasiyanın təhlükəsizliyinin perspektivləri ilə bağlı müzakirələr zamanı müxtəlif ölkələrdən olan iştirakçılar Avrasiya təhlükəsizlik sisteminin formalaşması perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.
Konfrans iştirakçıları arasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, azərbaycanlı politoloq İlyas Hüseynov noyabrın 6-da, saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında Avrasiya təhlükəsizlik sistemində Azərbaycanın rolu və yeri barədə məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.