BAKI, 4 noyabr — Sputnik. Noyabrın 4-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 4-də kimlər anadan olub?
Fərman Abdullayev (1954-2013) - Azərbaycan aktyoru, rejissoru və ssenari müəllifidir. O, "Sarı gəlin", "Zirzəmi", "İstanbul reysi" və s. filmlərdəki rolları ilə tanınıb.
Fərman Abdullayev
© Photo : Public Domen
Osip Bove (1784-1834) - rusiyalı memardır. O, 1812-ci il baş vermiş yanğından sonra Moskvanın yenidən qurulmasında iştirak edib. Moskvanın görünüşünün yaradılmasında Bovenin rolunu ancaq Rusiyanın Sankt-Peterburq memarlığına verdiyi töhfə ilə müqayisə etmək olar. O, əsasən klassisizm üslubunda işləyib.
Metyu Makkonahi (1969) - ABŞ aktyoru, rejissoru, ssenaristi və prodüseridir. O, "Vəkil üçün Linkoln", "Mad", "Killer Co", "Super Mayk", "İnterstellar" və s. filmlərdə rol alıb.
Amerikalı aktyor Metyu Makkonahi
© AP Photo / Willy Sanjuan
Luiş Fiqu (1972) - yarımmüdafiəçi kimi çıxış edən portuqaliyalı futbolçudur. O, matçların sayına görə Portuqaliya milli komandasının rekordçusu olub.
So Ci-Sop (1977) - Cənubi Koreya aktyorudur. O, "Balidə bir şeylər baş verdi ", "Bağışla, ancaq mən səni sevirəm", "Kabus", "Ustanın Günəşi" və s. televiziya seriallarındakı baş rolları ilə tanınıb.
4 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1493-cü ildə Xristofor Kolumbun ekspedisiyası Qvadelupa adasını kəşf edib.
1879-cu ildə amerikalı ixtiraçı Ceyms Ritti və onun qardaşı sadə bir kassa aparatı hazırlayıblar və onu patentləşdiriblər.
1890-cı ildə Londonda dünyanın ilk yeraltı elektrik yolu olan metro açılıb.
1946-cı ildə Parisdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu – UNESCO yaradılıb.
1957-ci ildə SSRİ-də ilk radiotelefon üçün patent verilib və onu radio mühəndis Leonid Kupriyanoviç alıb.
1950-ci ildə Romada qeyri-rəsmi olaraq İnsan Hüquqları üzrə Avropa Konvensiyası kimi tanınan İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyası qəbul edilib.
1967-ci ildə Moskvada "Ostankino" teleqülləsi istifadəyə verilib.
2005-ci ildən Rusiya dövlət bayramını - Milli Birlik Gününü qeyd edir.
2020-ci ildə Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək və Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı və Şəfibəyli, eləcə də Qubadlı rayonunun Başarat, Qarakişilər və Qaracallı işğaldan azad edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.