AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident bir sıra sərəncamlar imzaladı

Dövlət başçısı iki yeni təyinatla bağlı Sərəncam imzalayıb.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, C.Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. Ali təhsilinin Ankara şəhərində alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
2016-cı il aprelin 18-dən bu təyinatadək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışırdı.
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.