BAKI, 4 noyabr — Sputnik. 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya BMT-nin İqlim Dəyişikliyi üzrə 2024-cü il Çərçivə Konvensiyası (daha çox COP29 kimi tanınır) keçiriləcək. Bu baxımdan ictimaiyyətin iqlim mövzusuna marağı son dərəcə yüksəkdir.
İqlim dəyişikliyi, məlum olduğu kimi, bitki örtüyünə çox ciddi təsir edir və ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Nəticədə irili-xırdalı ekosistemlər zərər görür, bitki və torpaq örtüyü korlanır.
Bu proseslərin Azərbaycana necə təsir etdiyini və iqlim dəyişikliyinin mənfi nəticələrinin qarşısının alınması üçün ölkədə görülən işlər barədə noyabrın 7-də saat 11.00-da "Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyası vitse-prezident xidmətinin elmi katibi, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzi aşağıdakı ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə.