BAKI, 4 noyabr - Sputnik. Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək.
Güclü şimal-qərb küləyi səhər tədricən zəifləyəcək, axşam mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu 11-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 60-65% olacaq.
Noyabrın 4-də Azərbaycanın bəzi rayonlarında hava arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Axşama doğru əksər rayonlarda yağış tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 11-15° isti, dağlarda 3°-dək isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.