DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada ukraynalı qaçqınlarla bağlı cinayətlərin artması qeydə alınıb

Almaniyada yaşayan qaçqınların ümumi sayının 33,1%-ni ukraynalılar təşkil edir.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Almaniyada Ukraynadan olan qaçqınlar və miqrantlar tərəfindən törədilən cinayətlərin sayında artım qeydə alınıb.
Bu barədə Almaniya Federal Kriminal Polis İdarəsinin oktyabr ayı üzrə hesabatında deyilib.
Hesabata görə, şübhəli miqrantların sayı ötən il 2022-ci illə müqayisədə 25,1% artıb. Cinayətkarlar arasında ən böyük pay ukraynalılardır. Almaniyada yaşayan qaçqınların ümumi sayının 33,1%-ni onlar təşkil edir.
Hesabat zorlama və təcavüz hallarının artmasına xüsusi diqqət yetirib. 2023-cü ildə miqrantlar 8800 belə cinayət törədib ki, bu da 2022-ci illə müqayisədə 1300 cinayət çoxdur.
Şübhəlilərin əsas hissəsini Suriya, Əfqanıstan, İraq, Ukrayna, Eritreya, Türkiyə, Somali və İrandan olan miqrantlar təşkil edir.
Əvvəllər bildirilmişdi ki, 2023-cü ildə Almaniyanın məşğulluq mərkəzləri inteqrasiya kurslarını bitirmiş Ukraynadan bir nəfər də olsun qaçqını işə götürə bilməyib.