HADİSƏ

Silahlı insident - Polis cinayətkarı zərərsizləşdirdi

Hadisə Lerik rayonundakı şadlıq saraylarından birində baş verib.
Sputnik
BAKI, 3 noyabr - Sputnik. Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində silahlı şəxs insident törədib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 3-də əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, 1971-ci il təvəllüdlü Şaiq Ağayev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Görülən tədbirlərlə silahlı şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Bir polis əməkdaşı yaralanıb.
Hadisə yerindən “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.