DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Counter Strike və GTA oyunları qadağan ediləcək

Tacikistanın Mədəniyyət Nazirliyi iddia edir ki, bu oyunlar ölkənin mədəni və əxlaqi normalarına ziddir və bu, gənclərin davranışlarına mənfi təsir göstərir.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. Tacikistan Daxili İşlər Nazirliyi Counter Strike Grand Theft Auto (GTA) video oyunlarını qadağan etməyi təklif edib. Bu barədə RİA Novosti nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Daxili İşlər Nazirliyi zorakılıq elementləri olan video oyunlara girişin məhdudlaşdırılması üçün yoxlamalar və reydlər keçirəcək, kompüter mərkəzlərinin sahiblərini "Counter Strike" və "Grand Theft Auto" kimi zorakılıq elementləri olan video oyunlara girişi məhdudlaşdırmağa çağıracaq", - məlumatda deyilir.

O da bildirilir ki, Tacikistan Daxili İşlər Nazirliyi həmçinin kompüter mərkəzlərinin sahiblərinə və valideynlərə müraciət edərək uşaqların zorakılıq səhnələri və antisosial davranışları əks etdirən oyunlara çıxışına nəzarət etmək xahişi ilə müraciət edib.
Öz növbəsində Tacikistanın Mədəniyyət Nazirliyi iddia edir ki, bu oyunlar ölkənin mədəni və əxlaqi normalarına ziddir və bu, gənclərin davranışlarına mənfi təsir göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
Uşaqlarda nevroloji xəstəliklərin əsas səbəbləri açıqlanıb