CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 2 noyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Noyabrın 2-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 2-də kimlər anadan olub?
Emin Sabitoğlu (1937-2000) – Azərbaycan bəstəkarı və Azərbaycanın xalq artistidir. O, 600-dən çox mahnının və teatr tamaşaları üçün doqquz musiqi əsərinin müəllifidir.
Emin Sabitoğlu
Elmar Qasımov (1990) – Azərbaycanlı cüdoçu, 2016-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat Azərbaycan çempionu (2008, 2013) və 2014-cü il Avropa çempionatının gümüş mükafatçısıdır.
Elmar Qasımov
Mariya Antuanetta (1755-1793) - Fransa kraliçası və Fransa kralı XVI Lüdovikin həyat yoldaşıdır.
Mariya Antuanetta
Corc Bul (1815-1864) - ingilis riyaziyyatçısı və riyazi məntiqin banisidir.
Corc Bul
Kolin Klark (1905-1989) - ingilis iqtisadçısıdır. O, ümumi milli məhsul (ÜDM) anlayışını iqtisadiyyata daxil edib.
Kolin Klark
Berton Lankaster (1913-1994) - ABŞ aktyorudur. O, "Oskar" və "Qızıl Qlobus", iki BAFTA mükafatı, həmçinin Venesiya və Berlin Film Festivallarının mükafatçısıdır.
Berton Lankaster
Stiv Ditko (1927-2018) – amerikalı komiks rəssamıdır. O, xüsusilə Hörümçək-adam və Dəmir adam kimi personajların yaradılması üzərində işləyib.
Stiv Ditko
Devid Şvimmser (1966) - amerikalı aktyor, rejissor və prodüserdir. "Dostlar" teleserialındakı Ross Geller rolu ona dünya şöhrəti gətirib.
Devid Şvimmer
Kris Kasperski (əsl adı Nikolay Lixaçyov) (1976-2017) – rusiyalı İT-jurnalisti, proqramçı və hakerdir.
Kris Kasperski
Şahrux Xan (1965) - Hindistan aktyoru, prodüseri və televiziya aparıcısıdır. O, "Bollivudun kralı" kimi tanınır. O, ən yaxşı kişi roluna görə Hindistanın əsas illik mükafatı olan "Filmfare Award"u ən çox qazanan aktyordur.
Şahrux Xan
2 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1869-cu ildə rusiyalı ixtiraçısı Pyotr Knyagininski Rusiya Texniki Məsələlər Komitəsindən elektrik enerjisi ilə işləyən dünyada ilk avtomatik çap maşını hazırlamaq üçün imtiyaz alıb.
1894-cü ildə Rusiya İmperiyasının sonuncu imperatoru II Nikolay taxta çıxıb.
1938-ci ildə qadınlara ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Onun sahibləri pilotlar Valentina Qrizodubova, Polina Osipenko və Marina Raskova olub.
1947-ci ildə ABŞ-da ən böyük qanad genişliyi (98 metr) olan və səkkiz mühərrikli "H4 Hercules" təyyarəsi havaya qalxıb. 21 metr hündürlüyə qalxan aparat, demək olar ki, bir kilometr uçaraq suyun üzərinə düşüb.
2013-cü ildə BMT Baş Assambleyası bu tarixi "Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoymaq üçün Beynəlxalq gün" kimi təsis edib.