BAKI, 2 noyabr — Sputnik. İctimai Rəy Fondunun oktyabrın 25-27-də 1500 rusiyalı arasında keçirdiyi həftəlik sorğu zamanı respondentlərin 79%-i Rusiya Prezidenti Vladimir Putinə etimad göstərdiyini bildirib.
Dövlət başçısının fəaliyyətini respondentlərin 81 faizi müsbət qiymətləndirib.
İRF saytında dərc edilən sorğunun nəticələrinə görə, rusiyalıların 52%-i ölkə hökumətinin işini müsbət qiymətləndirdiyini bildirib. Eyni zamanda, Rusiya Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustinin işini respondentlərin 57%-i müsbət qiymətləndirib.
Bundan əvvəl "VTsİOM"un keçirdiyi sorğunun nəticələri dərc olunmuşdu. Bu nəticələrə görə Rusiya sakinlərinin Putinə inamı son iki il yarım ərzində yalnız artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.