BAKI, 2 noyabr - Sputnik. Bakının Səbail rayonunda, jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında avtomobil piyadanı vurub.
Bu barədə məlumatı DİN-in Mətbuat Xidmətindən bildirilib.
Yol-nəqliyyat hadisəsi səbəbindən Salyan şosesi istiqamətində avtomobillərin sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.