RUSİYA

Rusiya qlobal problemlərlə məğuldur, lakin insanları unutmamalıyıq - Putin

Rusiya prezidenti deyib ki, gəmiqayırma və aviasiyanı inkişaf etdirilməlidir, amma bununla yanaşı heç bir halda insanların həyatının kiçik görünən təfərrüatları unudulmamalıdır.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Rusiya bir çox qlobal problemlərlə, o cümlədən xüsusi hərbi əməliyyat, iri layihələr, gəmiqayırma və aviasiyanın inkişafı ilə məşğuldur, lakin heç bir halda biz insanları unutmamalıyıq. Bunu Rusiya prezidenti Vladimir Putin Xakasiya rəhbəri Valentin Konovalovla görüşündə deyib.
"Bizim indi bütün ictimai şüuru zəbt edən aktual məsələlər var. Mən xüsusi hərbi əməliyyat zonasında baş verənləri nəzərdə tuturam. Böyük layihələr var. Biz gəmiqayırma və aviasiyanı inkişaf etdirməliyik, amma bununla yanaşı biz heç bir halda insanların həyatının kiçik görünən təfərrüatlarını unutmamalıyıq, vətəndaşlarımızın həyat keyfiyyəti onlardan asılıdır", - Putin bildirib.
O, ümid etdiyini bildirib ki, Rusiya regionlarının hakimiyyət orqanları insanların cari həyatı üçün son dərəcə vacib olan və öz aktuallığını itirməmiş məsələləri unutmayacaqlar.