BAKI, 1 noyabr — Sputnik. Pentaqon ABŞ-ın Ukraynaya hərbi yardım göstərdiyi zaman özünün hərbi-sənaye kompleksində müəyyən edilmiş problemlərin mövcudluğunu etiraf edib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin hesabatında bəhs edilib.
"ABŞ-ın Kiyevə maddi yardımı ABŞ-ın silah-sursat ehtiyatlarının saxlanması, bərpası və istehsalının artırılmasında problemlərə diqqət çəkib", – hesabatda deyilib.
Departament bəyan edib ki, bu problemlər "ABŞ qüvvələrinin əməliyyat imkanlarını və döyüş hazırlığını təhlükə altına qoyur".
Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin Kiyevin uzaqmənzilli raketlərə ehtiyac duymadığını bildirmişdi. O vurğulamışdı ki, ABŞ tərəfi Ukraynanın onun bu cür mərmilərlə təmin olunması fikrini bölüşmür.
Verilən məlumata görə, Birləşmiş Ştatlar aviasiya və donanmasının əhəmiyyətli hissəsini itirə bilər.