İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili və xarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunub.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyəti ötən ay da uçot dərəcəsini 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlayıb.
Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
Ötən iclasdan bəri illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3.5%, ərzaq malları üzrə inflyasiya 3%, qeyri-ərzaq malları üzrə 1.8%, xidmətlər üzrə 5.6% təşkil edib.
İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bu dövrdə manatın nominal effektiv məzənnəsinin bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.