İNFOQRAFİKA

COP29 zamanı şəhərdə həyat necə dəyişəcək?

COP29-un keçirildiyi zaman Bakını hansı dəyişikliklərin gözlədiyi haqqında ətraflı məlumat videoqrafikada.
Sputnik
Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək.
Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, məktəblilər bu müddətdə - noyabrın 12-dən 22-dək uzun payız tətilinə çıxacaqlar. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun orta ixtisas və ali təhsil müəssisələri distant təhsil formatına keçəcəklər. Dövlət işçilərinin 70%-i də onlayn iş rejimində çalışacaqlar.
COP29 liderlərinin sammiti zamanı - noyabrın 11, 12 və 13-də Bakının avtomobil yollarında, xüsusən də hava limanı şossesində, Heydər Əliyev və Neftçilər prospektlərində, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin və Mehdi Hüseyn küçələrində bir sıra məhdudiyyətlər tətbiq olunacaq.
Tədbir iştirakçıları avtobus, metro və dəmir yolu nəqliyyatından pulsuz istifadə edəcəklər. Bunun üçün onlara sadəcə olaraq akkreditasiya kartlarını göstərmək kifayətdir.
Daha ətraflı məlumat əldə etmək üçün videoqrafikə nəzər yetirə bilərsiniz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.