BAKI, 31 oktyabr — Sputnik. Cari ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1351 olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 163 nəfər xəsarət alıb.
Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 9 nəfər və ya 35%, xəsarət alanlar üzrə 39 nəfər və ya 31% çoxdur.
Qeyd edək ki, Azərbaycanda 2024-cü ilin 9 ayı ərzində 47 partlayış hadisəsi baş verib. Bu, 2023-ci ilin 9 ayı ilə müqayisədə 12 hadisə və ya 4% çoxdur. Partlayışlar zamanı 27 nəfər həlak olub, 75 nəfər xəsarət alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.