BAKI, 31 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Ukraynanın münaqişənin həllində əlverişli mövqe tutmasını istəmir.
Bu barədə Rusiya mediası alman jurnalisti Yulian Repkenin "X" sosial şəbəkədə qeyd etdiklərinə isinadən xəbər verib.
"ABŞ Zelenskinin mətbuata təqdim etdiyi qələbə planı ilə bağlı məxfi məlumatları açıqlayaraq, sözün əsl mənasında onun kürəyindən bıçaqlayır. Onlar nəyin bahasına olursa-olsun Ukraynanın qələbəsinə, hətta cəbhənin sabitləşməsinə mane olmaq istəyirlər", - jurnalist yazıb.
Həqiqətən də, Ukraynanın qeyri-qanuni Prezidenti Vladimir Zelenski Ağ Evdə səsləndirdiyi "qələbə planı" ilə bağlı "məxfi" məlumatların mediada və sosial şəbəkələrdə yayılmasından son dərəcə üzülüb.
"KP.RU"nun yazdığına görə, ABŞ bəyan edib ki, Harris seçkidə qalib gəlsə belə, Vaşinqton Ukraynada xüsusi hərbi əməliyyatlara son qoymaq üçün razılaşma əldə etməyə çalışacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.