VİDEO

"8-ci km" bazarı ətrafındakı sökülmüş obyektlər qanunsuz imiş

Sahibkarlar bildiriblər ki, hətta obyektlərinin materiallarını götürməyə belə onlara imkan verilməyib.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. Bakının Nizami rayonunda "Vosmoy" bazarı kimi tanınan "8-ci km Ticarət Mərkəzi"nin ətrafında yerləşən obyektlər sökülüb. Obyekt sahibləri Sputnik Azərbaycan-a bildiriblər ki, bununla bağlı onlara əvvəlcədən xəbərdarlıq edilməyib.
Onlar işsiz qaldıqlarından, çətin duruma düşdüklərindən şikayətləniblər.
Bildiriblər ki, hətta obyektlərinin materiallarını götürməyə belə onlara imkan verilməyib.
Bazar rəhbərliyi isə sökülən obyektlərin ticarət mərkəzinə aidiyyatı olmadığını bildirib.
Öz növbəsində Nizami Rayon İcra Hakimiyyəti həmin obyektlərin küçə ticarəti ilə məşğul olduğunu və qanunsuz sayıldığını bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.