DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ və Avropa hegemonluğu itirməkdən çox qorxurlar

BRİKS qrupunun gücü və potensialı ABŞ və Avropanın dünyanın qalan hissəsi üzərində hegemonluğu itirməkdən necə böyük qorxuya düşdüyünü nümayiş etdirir.
Sputnik
BAKI, 30 oktyabr — Sputnik. BRİKS sammiti ABŞ və Avropa ölkələrinin Rusiyanı təcrid edə bilmədiklərini göstərdi.
Bu barədə "RİA Novosti" argentinalı analitik və Rusiyanın "Znaniye ("Bilik") " cəmiyyətinin səfiri Kristian Lamesə istinadən məlumat yayıb.
Lames qeyd edib ki, sammit həm də Pekin və təşkilatı formalaşdıran digər ölkələrlə yanaşı, Moskvanın əsl dünya lideri olduğunu sübut etdi.
Ekspert əlavə edib ki, BRİKS qrupunun gücü və potensialı ABŞ və Avropanın dünyanın qalan hissəsi üzərində hegemonluğu itirməkdən necə böyük qorxuya düşdüyünü nümayiş etdirir.
Bir müddət əvvəl ABŞ-dan olan politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Con Mirşaymer bəyan etmişdi ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələri üzərində üstünlük əldə edir və BRİKS sammiti bunu bir daha sübut etdi.