BAKI, 29 oktyabr — Sputnik. Pekin kosmosun militarizasiyasına və kosmik silahlanma yarışına qarşıdır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan oktyabrın 28-də keçirdiyi brifinqdə deyib.
Bundan əvvəl "Bloomberg" agentliyi ABŞ Kosmik Qüvvələrinə istinadla məlumat vermişdi ki, ABŞ 2025-ci ildə Çin və Rusiya peyklərini sıxışdırmaq üçün nəzərdə tutulmuş silahları istismara verəcək.
"Biz ABŞ-ı kosmosda silah tətbiqini və hərbi hazırlıqlarını dayandırmağa çağırırıq", - XİN sözçüsü bildirib.
Diplomat qeyd edib ki, ABŞ açıq şəkildə kosmosu hərbi əməliyyatlar sferası kimi müəyyənləşdirir və kosmosda hərbi gücünü genişləndirməkdə davam edir. ÇXR-in fikrincə, bu, kosmosda bütün ölkələrin ümumi təhlükəsizliyini və qanuni fəaliyyətini ciddi şəkildə təhdid edir.
Lin Tszyan qeyd edib ki, Pekin həmişə kosmosdan dinc istifadənin tərəfdarı olub, kosmosun militarizasiyasına və kosmosda silahlanma yarışına qarşı olub.
"Bloomberg" xəbər verir ki, ABŞ Kosmik Qüvvələri 2025-ci ilin yanvar-mart aylarında 32 peyk susdurma silahının döyüş hazırlığını yoxlamağı planlaşdırır. Meadowlands kimi tanınan sistemi 2020-ci ildə açıqlanmışdı, onun müasir proqram təminatına və qabaqcıl imkanlara malik olduğu və 2022-ci ilin oktyabrında istifadəyə verilməsi planlaşdırılırdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.