BAKI, 29 oktyabr — Sputnik. Nüvə silahından istifadə ölkənin təhlükəsizliyini təmin etmək üçün son çarədir.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Rusiya nüvə silahından istifadənin dövlətin təhlükəsizliyini təmin etmək üçün son dərəcə müstəsna tədbir olduğuna dair prinsipial mövqeyini təsdiqləyir. Eyni zamanda, biz yaxşı başa düşürük ki, məhz nüvə triadası ölkəmizin suverenliyinin və təhlükəsizliyinin etibarlı təminatçısı olaraq qalmaqda davam edir. Qlobal sabitliyin obyektiv amilləri kimi dünyada nüvə paritetini və güc balansını qorumağa, eləcə də strateji çəkindirmə məsələlərini həll etməyə imkan verir", Rusiya dövlət başçısı bildirib.
Xatırladaq ki, Rusiyanın müdafiə naziri Andrey Belousov bəyan edib ki, Rusiya İttifaq dövlətinin üzvü kimi Belarusa qarşı təcavüzə cavab olaraq nüvə silahından istifadə etmək ehtimalı var. Daha əvvəl isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə münaqişədə nüvə doktrinasından istifadənin mümkün olduğuna aydınlıq gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.