CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis Azərbaycanla Rusiya arasında bağlanan mühüm sazişi təsdiqlədi

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bu Saziş 12 maddədən ibarətdir və 5 il müddətinə imzalanıb.
Sputnik
BAKI, 29 oktyabr— Sputnik. Milli Məclisin iclasında "Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi məsələsinə baxılıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bu Saziş 12 maddədən ibarətdir və 5 il müddətinə imzalanıb. "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanıb.
Deputatlar Sazişin iki ölkə arasında bu sahədə əlaqələrin inkişafına mühüm töhfə verəcəyini bildiriblər.
Müzakirələrdən sonra Saziş səsverməyə qoyularaq təsdiq edilib.
Xatırladaq ki, bu ilin avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mübadiləsi mərasimi keçirilib.
"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin rəhbəri Sergey Dankvert mübadilə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.