BAKI, 29 oktyabr — Sputnik. Kopenhagen Ukraynaya yardıma görə silah ehtiyatlarından məhrum olub.
Bunu Rusiya Federasiyasının Danimarkadakı səfiri Vladimir Barbin bildirib.
O, dəqiqləşdirib ki, Danimarka tərəfi Kiyevə 7,5 milyard dollarlıq silah təhvil verib.
"Danimarkanın Kiyevə hərbi yardımı 7,5 milyard dollar təşkil edib" - diplomat "RİA Novosti"yə müsahibəsində söyləyib.
Barbin Danimarka hərbi arsenallarının hazırda "boş" olduğunu vurğulayıb. O, həmçinin xatırladıb ki, Danimarka 2023-cü ildən başlayaraq Ukrayna Silahlı Qüvvələri üçün silahların alınmasını və istehsalını maliyyələşdirməyə başlayıb.
Daha əvvəl məlumat verilmişdi ki, Danimarka hakimiyyəti Ukraynaya 628,8 milyon dollar dəyərində silah ötürəcək ki, bunun da 434,2 milyon dolları Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.