BAKI, 29 oktyabr — Sputnik. Pekin ABŞ-ın Tayvanla hərbi əlaqələrinə qəti şəkildə qarşıdır. Bu barədə Çin xarici işlər nazirliyinin söçüsü Lin Tszyan bildiirb
Daha əvvəl Bloomberg anonim sənaye mənbələrinə istinadən xəbər verib ki, Tayvanın ABŞ hökuməti ilə ÇXR ordusunun potensial hərəkətlərindən qorunmaq üçün minə yaxın hücum PUA-sı əldə etmək imkanlarına dair müqavilələr imzalanıb. Qeyd olunur ki, söhbət ABŞ-ın AeroVironment və Anduril Industries şirkətlərindən alışlardan gedir.
Lin Tszyan deyib ki, Çin ABŞ və Tayvan arasında hərbi əlaqələrə qəti şəkildə qarşı çıxır, bu mövqe həmişə aydın ifadə edilib.
Diplomat vurğulayıb ki, Çin daha əvvəl adı çəkilən iki ABŞ şirkətinə və onların əsas rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
Pekin Tayvanı ÇXR-in ayrılmaz hissəsi hesab edir və "vahid Çin" prinsipinə sadiqlik ÇXR ilə diplomatik əlaqələr qurmaq və ya saxlamaq istəyən digər dövlətlər üçün ilkin şərtdir. "Vahid Çin" prinsipi və Tayvanın müstəqilliyinin tanınmaması ABŞ tərəfindən də müxtəlif sahələrdə Taypey ilə sıx əlaqə saxlamaq və adanı silahla təmin etməklə müşahidə olunur.
Tayvan ətrafında vəziyyət ABŞ Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin 2022-ci il avqustun əvvəlində adaya səfərindən sonra xeyli pisləşib. Adanı öz əyalətlərindən biri hesab edən Çin Pelosinin səfərini ABŞ-ın Tayvan separatizminə dəstəyi kimi pisləyib və genişmiqyaslı hərbi təlimlər keçirib.
Çinin mərkəzi hökuməti ilə ada əyaləti arasında rəsmi əlaqələr 1949-cu ildə Çin Kommunist Partiyası ilə vətəndaş müharibəsində məğlub olan Çan Kayşi başçılıq etdiyi Qomundan qüvvələri Tayvana köçdükdən sonra kəsilib. Ada ilə materik Çin arasında işgüzar və qeyri-rəsmi əlaqələr 1980-ci illərin sonlarında bərpa olunub. 1990-cı illərin əvvəllərindən etibarən tərəflər qeyri-hökumət təşkilatları - Tayvan Boğazı boyunca Əlaqələrin İnkişafı üzrə Pekin Assosiasiyası və Taypey Boğazlararası Mübadilə Fondu vasitəsilə əlaqə saxlamağa başlayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.