DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın təhlükəsizliyini gücləndirir - Kəşfiyyat

Təhlükəsizliyin gücləndirilməsi üçün nəqliyyat vasitələrinin istifadəsi və dronları aşkar etmək üçün avadanlıqların tətbiqi kimi tədbirlər görülüb.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Şimali Koreya bu yaxınlarda ölkənin lideri Kim Çen Inın ictimai çıxışlarının 60% artması fonunda onu qorumaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib. Bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) bildirib.
Qeyd edilib ki, bu, Kim Çen Inın həyatı üçün mümkün təhlükələrə cavab olaraq edilib. Bu barədə parlamentin kəşfiyyat komitəsinin iclasında deputatlara məlumat veriblər.
Məlumata görə, bu ilin əvvəlindən Kim Çen Inın ictimaiyyət qarşısında çıxışlarının sayı 110-a çatıb ki, bu da ötən illə müqayisədə 60% artım deməkdir.
Təhlükəsizliyin gücləndirilməsi üçün nəqliyyat vasitələrinin istifadəsi və dronları aşkar etmək üçün avadanlıqların tətbiqi kimi tədbirlər görülüb.
Həmçinin bu aydan başlayaraq Şimali Koreya inqilab tarixini xaricdəki işçilər üçün təbliğ etməyə başladı ki, bu da onun şəxsiyyətinə pərəstişin güclənməsinin əlamətidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.