BAKI, 29 oktyabr — Sputnik. Rusiya aktivləri hesabına Ukraynaya kredit ayrılması Brüsselin başqasının əmlakını mənimsəmək üçün növbəti saxtakarlıq sxemidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ bunu Kiyev rejimini maliyyələşdirmə xərclərini kompensasiya etmək üçün hazırlayıb.
Zaxarova əlavə edib ki, Rusiya Federasiyasından qətiyyətli cavab özünü çox gözlətməyəcək.
Ümumilikdə Kiyevə əlavə maliyyənin ayrılması ilə bağlı G7 razılaşmasına əsaslansaq, söhbət 50 milyard dollardan gedir.
Xüsusi hərbi əməliyyat başlayandan Avropa İttifaqı və G7 ölkələri Rusiyanın valyuta ehtiyatlarının yarısını - 300 milyard avronu dondurublar.
Rusiyanın maliyyə naziri Anton Siluanov bəyan edib ki, Rusiya Qərb tərəfindən onun dondurulmuş ehtiyatlarından əldə etdiyi gəlirdən istifadənin qarşısını almaq üçün güzgü tədbirləri görəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.