BAKI, 29 oktyabr — Sputnik. Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili qatarlarda test rejimində ödənişsiz "Wi-Fi" xidmətini tətbiqinə başlayır.
Sputnik Azərbaycan bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, pilot layihə çərivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək. Mərhələli şəkildə "Wi-Fi" bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək.
"Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY, həmçinin stansiya və vağzallarda mövcud olan "Wi-Fi" zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb. Kəsintisiz internetdən istifadə üçün cihazlarınızı "ADY Free" şəbəkəsindən ayırıb yenidən qoşmağınız kifayətdir", - deyə ADY bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.