BAKI, 29 oktyabr — Sputnik. Respublikaçılar partiyasından ABŞ-ın vitse-prezidentliyinə namizəd Cey Di Vens Rusiya Prezidenti Vladimir Putini düşmən adlandırmaqdan imtina edib.
Bunu o, "NBC News"un "Meet the Pres" verilişində edib.
"Düşünürəm ki, Putin düşmən yox, aşkar rəqibdir. O, rəqibdir" – Vens fikrini bildirib.
Vens onu da qeyd edib ki, ABŞ Rusiya ilə müharibə aparmır və bu gün onun ən ciddi təhlükəsi Çindir.
Siyasətçi əlavə edib ki, Vaşinqton Ukrayna münaqişəsinə son qoymaq üçün Ukrayna, Rusiya və ABŞ-ın Avropadakı NATO blokundakı müttəfiqləri ilə danışıqlara başlamalı olacaq.
"Bu, sadəcə zəruri bir hissədir" – o, sözünü yekunlaşdırıb.
Bundan əvvəl Cey Di Vens bəyan etmişdi ki, Ukrayna münaqişəyə son qoymaq üçün ərazilərdən imtina etməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.