BAKI, 28 oktyabr — Sputnik. Gürcüstan prezidenti Salome Zurabişvili və gürcü müxalifəti parlament seçkilərinin nəticələrini qeyri-legitim elan edərək ölkədə çevrilişə hazırlaşırlar. Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
"Nəticələri qeyri-legitim elan etmək, texniki hökumət yaratmaq səhnəsi əvvəlcədən hazırlanmışdı. Bütün bunlar onların konstitusiya quruluşuna qarşı getməsi ilə bağlı çevriliş səhnəsidir", - Papuaşvili bildirib.
Gürcüstan Mərkəzi Seçki Komissiyası bütün seçki məntəqələrində səslərin hesablanmasını başa çatdırıb. Bülletenlərin emalının nəticələrinə görə, hakim "Gürcü arzusu" 53,93 faiz səs toplayıb. Dörd müxalifət partiyası isə cəmi 37,78% səs toplayaraq parlamentə daxil olub.
Artıq dörd müxalifət partiyasının nümayəndələri MSK-nın məlumatlarını tanımadıqlarını bəyan ediblər.
ATƏT-in qısamüddətli missiyasının xüsusi koordinatoru Paskal Alizar Gürcüstanda seçkilərin yaxşı təşkil olunduğunu, müşahidəçilər tərəfindən bir sıra qanun pozuntularının qeydə alındığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.