DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə təhlükəsizlik qüvvələri İŞİD-də iştirakda şübhəli 220-yə yaxın şəxsi saxlayıb

Əməliyyat ölkənin paytaxtı Ankarada, o cümlədən İstanbul şəhərində, Antalya və digər vilayətlərdə keçirilib.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Türkiyənin təhlükəsizlik qüvvələri "İslam Dövləti" (İŞİD, Rusiya Federasiyasında qadağan edilmiş) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 216 nəfəri saxlayıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bazar ertəsi məlumat verib.

"Şübhəlilərin keçmişdə qruplaşmadakı fəaliyyəti və hansı səviyyədə məsuliyyət daşımaları ilə, həmçinin İŞİD-in maliyyələşdirilməsi ilə əlaqələri ilə bağlı araşdırmalar başlayıb", - nazir X sosial şəbəkəsində bildirib.

Əməliyyat ölkənin paytaxtı Ankara, o cümlədən İstanbul, Antalya və digər vilayətlərdə keçirilib.
Bundan əvvəl türkiyəli ekspertlərin Ankaradakı terror aktının sifarişini Qərb ölkələrinin verdiyini iddia etdikləri bildirilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.