DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

SEPAH İsraili təhdid edib

Təşkilatın komandanı bilirib ki, qatil İsrail rejiminin qanunsuz hərəkətləri unun döyüş meydanındakı yanlış hesablamasını və çarəsizliyini göstərir.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. İsrailin İran ərazisinə zərbə endirməsi İsrail üçün "acı nəticələrə" səbəb olacaq. Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami deyib.

"Ölkənin hava hücumundan müdafiə qüvvələrinin hazırlığı sayəsində məqsədlərinə çata bilməyən qatil İsrail rejiminin qanunsuz hərəkətləri bu rejimin döyüş meydanındakı yanlış hesablamasını və çarəsizliyini göstərir. Bu həqiqətən də işğalçılar üçün ağlasığmaz acı nəticələr verəcəkdir", - Salami bildirib.

Oktyabrın 26-na keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 1-də yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endirəcəyini açıqlayıb. CBS News telekanalı mənbəyə istinadən xəbər verib ki, İsrailin İrana hücumu yalnız hərbi hədəflərlə məhdudlaşıb, nüvə və neft obyektlərinə şamil edilməyib.
Bununla belə, İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin yaydığı bəyanatda, hücumun ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi tərəfindən uğurla dəf edildiyi və bəzi yerlərdə məhdud ziyan vurduğu bildirilib. Hücum nəticəsində medianın məlumatına görə, 4 İran əsgəri həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.