BAKI, 28 oktyabr — Sputnik. Rusiya Yaxın Şərq münaqişəsinin bütün tərəfləri ilə - İran, İsrail və Fələstin ilə əlaqə saxlayır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Kremlin Yaxın Şərqdəki vəziyyəti necə gördüyü və münaqişə tərəfləri ilə təmasların olub-olmadığı barədə suala cavab olaraq deyib.
"Prezidentimiz bu suala artıq cavab verib. Rusiya bu münaqişənin bütün ölkələri ilə əlaqə saxlayır. Bizim həm Tehranla, həm də israillilər və fələstinlilərlə əlaqəmiz var", – Peskov bildirib.
Qeyd edək ki, şənbə günü gecə İsrail öz hərəkətlərini özünümüdafiə aktı və "Həmas" və "Hizbullah" hərəkatlarının liderlərinin ləğvinə cavab adlandıran iranlıların kütləvi raket atəşinə cavab olaraq İrandakı hərbi obyektlərə hava hücumu həyata keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.